Bərdə rayonunda bir nəfər çayda boğulub.
Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə rayonun Xanərəb kəndindəki Çaylaq adlanan ərazidə baş verib.
Sakinlərin bildirdiyinə görə, çayda boğulan şəxs kənd sakini Nihad Əliqulu oğlu Rüstəmovdur.
Hazırda meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media