Yevlaxın Aran qəsəbəsində faciə baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Aran qəsəbə sakini Məhəbbət Əvəz oğlu Zeynalov evində günlər öncə intihar edib.
Onun 1-ci qrup əlil qızı Səbinə Məhəbbət qızı Bayramova da baxımsızlıqdan, evdə tək qalaraq acından dünyasını dəyişib.
Hadisə ilə bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu