Lerik rayonunun Cəngəmiran kəndində baş vermiş faciəli hadisə zamanı rabitə sahəsində çalışan şəxs həyatını itirib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, "Aztelekom"un Lerik filialında montyor kimi fəaliyyət göstərən 1972-ci il təvəllüdlü Sərdar Bali oğlu Həmidov təmir və texniki baxış işləri üçün kəndə ezam olunub.
S.Həmidov dirək üzərində işləyərkən elektrik cərəyanı onu vurub və nəticədə hadisə yerində vəfat edib.
Onun nəşi ekspertiza üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.
Bildirilib ki, mərhum 10 ildən artıqdır rabitə sistemində çalışıb. Dünən onun 53 yaşı tamam olub.
Evli idi və iki övladı var.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu