Gəncədə bir neçə nəfər arasında mübahisə qanla nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə "Metallurq" İdman Kompleksi adlanan ərazinin həyətində baş verib.
İlkin məlumata görə, tanışlar arasında mübahisə davaya çevrilib. Nəticədə iki nəfər - 1985-ci il təvəllüdlü Mirkazım Abbasov və 1976-cı il təvəllüdlü Namiq Əliyev kəsici alətlərlə yetirilən xəsarətlərlə xəstəxanaya çatdırılıblar.
Onlar dərhal əməliyyata götürülüblər, müalicələri davam etdirilir.
Onların kim tərəfindən xəsarət alması hələlik məlum deyil.Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu