Sabunçu rayonu ərazisindəki qaz kəməri üzərində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 1-də saat 10:00-dan etibarən "Yeni Zabrat" ölçü qovşağında qaz təchizatının dayandırılması planlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.
Bildirilib ki, təmir işləri aparılan müddətdə Sabunçu rayonunun II Zabrat qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bizim.Media