İsmayıllıda bir nəfər suda batıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Göyçay çayının rayonun Gideyli kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki 1999-cu il təvəllüdlü rayonun Qalacaq kənd sakini Qurbanov Faiq Qurban oğlu çayda çimmək istəyərkən qəfildən suda batıb.
Əraziyə FHN-nin əməkdaşları cəlb olunub.
Hazırda axtarışlar davam edir.
Bizim.Media, Aran bürosu