Zaqatala rayonunda avtomobil qadını vurub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Zaqatala-Qax avtomobil yolunun Muxax kəndindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, təxminən 55 yaşlarında bir qadın yolu keçmək istəyərkən avtomobil onu vurub. Qəza nəticəsində qadın müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində həyatını itirib.
Hazırda hadisənin təfərrüatları araşdırılır.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu