“Bu il ali təhsil müəssisələrində bütün ixtisas qrupları üzrə pedaqoji, yəni müəllimlik ixtisaslarının sayı kəskin şəkildə azaldılıb”.
Bizim.Media xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov "Facebook" hesabında bildirib.
“Hətta bir neçə universitetdə bəzi müəllimlik ixtisasları tamamilə ləğv olunub. Ona görə də abituriyentlər ixtisas seçimi zamanı çox diqqətli olmalıdırlar.
2024-cü ilin ballarına əsaslanaraq seçim edərkən unutmayın ki, bu il pedaqoji ixtisasların keçid ballarında ciddi artım gözlənilir”, - ekspert qeyd edib.
Bizim.Media