18 yaşlı qız ailəsindən qaçdı, görüşdüyü oğlanı ürəyindən bıçaqladı

Bakıda ailəsindən qaçan 18 yaşlı qız kirayədə yaşadığı oğlanı öldürməyə cəhd edib.

Bizim.Media xəbər verir ki, 2006-cı il təvəllüdlü Səbinə Eyvazova (soyad şərtidir) Qazax rayonundan Bakının Əhmədli qəsəbəsinə, valideynlərinin yanına gedib. Bir müddətdən sonra valideynləri onun spirtli içki qəbul etdiyini öyrənir və evdə mübahisə yaranır.

Səbinə valideynləri ilə dalaşıb evdən çıxır. O, Bakıdakı mağazalardan birində satıcı işləməyə başlayır və burada Tural adlı şəxslə tanış olur. Səbinə bir neçə gün müxtəlif yerlərdə gecələsə də, sonradan kirayə ev tutmaq istəyir və buna görə Turaldan kömək istəyir. Tural onu Fərid adlı tanışı ilə görüşdürür və onun tək yaşadığını bildirir. Danışıq əsasında Fərid Səbinənin onunla qalmasına razılıq verir. Təxminən 20 gün Fəridlə bir otaqda gecələyən Səbinə onunla bir neçə dəfə qarşılıqlı razılıq əsasında cinsi əlaqədə də olur.

20 gün sonra Fərid və Səbinə evə içkili gəlir və yatırlar. Səbinə sərxoş olduğundan, yatarkən əynində olan bütün paltarlarını çıxarıb yatağa girir və yatır. Fərid də öz növbəsində yatağa uzanıb yatır.

Səhər yuxudan oyanan Səbinə əynində paltarlarının olmadığını görüb, bunu Fəridin soyundurduğunu zənn edir. O, evdə stolun üzərində olan bıçağı götürüb Fəridə ürək nahiyəsindən iki zərbə endirir. Ağrıya yuxudan oyanan Fərid bıçaqlandığını görüb dəhlizə qaçır və qonşuları köməyə çağırır. Səbinə isə paltarını geyinib hadisə yerindən qaçır.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Səbinə Eyvazova saxlanılaraq istintaqa təhvil verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbinə Eyvazova 11 il 3 ay azadlıqdan məhrum edilib. (Oxu.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Fənərbağça” PSJ ilə RAZILIĞA GƏLDİ

“Fənərbağça” PSJ ilə RAZILIĞA GƏLDİ

Bakıda ucuz maşın fırıldağı - DİQQƏTLİ OLUN!

Bakıda ucuz maşın fırıldağı - DİQQƏTLİ OLUN!

İsrail ordusu Suriyada hərbi obyektə zərbələr ENDİRDİ

İsrail ordusu Suriyada hərbi obyektə zərbələr ENDİRDİ

Bakıda ağır QƏZA: "Volkswagen" iki piyadanı vurdu, işıq dirəyinə ÇIRPILDI - VİDEO

Bakıda ağır QƏZA: "Volkswagen" iki piyadanı vurdu, işıq dirəyinə ÇIRPILDI - VİDEO

Bu futbolçu “Qəbələ”dən GETDİ

Bu futbolçu “Qəbələ”dən GETDİ

Tramp BRİKS ölkələrinə qarşı tariflərlə bağlı danışıqlar APARIR

Tramp BRİKS ölkələrinə qarşı tariflərlə bağlı danışıqlar APARIR

Qranit Caka İngiltərə klubuna KEÇDİ

Qranit Caka İngiltərə klubuna KEÇDİ

Samuxda 35 yaşlı qadını ilan SANCDI

Samuxda 35 yaşlı qadını ilan SANCDI

Qurban Qurbanov: “Yeni oyunçulara ehtiyac olacaq”

Qurban Qurbanov: “Yeni oyunçulara ehtiyac olacaq”

15 ölkə Fələstin dövlətinin tanınması üçün birgə ÇAĞIRIŞ ETDİ

15 ölkə Fələstin dövlətinin tanınması üçün birgə ÇAĞIRIŞ ETDİ

“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi BƏLLİ OLDU

“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi BƏLLİ OLDU

Rəşid Behbudovun nəvəsi XANIMI İLƏ - FOTO

Rəşid Behbudovun nəvəsi XANIMI İLƏ - FOTO

DSX zabiti ilə insidentə görə saxlanılan idmançıların məhkəmə araşdırması YEKUNLAŞDI

DSX zabiti ilə insidentə görə saxlanılan idmançıların məhkəmə araşdırması YEKUNLAŞDI

Azərbaycanda bu müavinətlər ARTDI – Nazirlik məlumat yaydı

Azərbaycanda bu müavinətlər ARTDI – Nazirlik məlumat yaydı

Zümrüd qızına MƏCLİS QURDU - VİDEO

Zümrüd qızına MƏCLİS QURDU - VİDEO

“Azərreyl” bu oyunçu ilə müqavilə BAĞLADI

“Azərreyl” bu oyunçu ilə müqavilə BAĞLADI

Bakıda skuter sürən qadını maşın vurub öldürdü - VİDEO

Bakıda skuter sürən qadını maşın vurub öldürdü - VİDEO

Ağız qoxusunun arxasında gizlənən 5 TƏHLÜKƏLİ SƏBƏB

Ağız qoxusunun arxasında gizlənən 5 TƏHLÜKƏLİ SƏBƏB

Güləşçimiz DÜNYA ÇEMPİONU oldu - FOTO

Güləşçimiz DÜNYA ÇEMPİONU oldu - FOTO

FED-in iclasında 1993-cü ildən bəri BİR İLK

FED-in iclasında 1993-cü ildən bəri BİR İLK

Rusiyada GÜCLÜ ZƏLZƏLƏ oldu

Rusiyada GÜCLÜ ZƏLZƏLƏ oldu

16 yaşdan kiçik uşaqlara “YouTube”dan istifadə QADAĞAN EDİLDİ

16 yaşdan kiçik uşaqlara “YouTube”dan istifadə QADAĞAN EDİLDİ

Balaəli "Qarabağ"ın matçında fanatları ilə - VİDEO

Balaəli "Qarabağ"ın matçında fanatları ilə - VİDEO

Nadir xəstəliklər üçün dərmanların siyahısı GENİŞLƏNDİRİLDİ

Nadir xəstəliklər üçün dərmanların siyahısı GENİŞLƏNDİRİLDİ

End of content

No more pages to load

RADİO