Şəkidə qətl hadisəsi baş verib. Həmkəndlisini öldürən şəxs, digərini ağır yaralayıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qanlı cinayət hadisəsi iyulun 29-da saat 20 radələrində Şəkinin Baş Göynük kəndi ərazisində baş verib.
Belə ki, 39 yaşlı Paşa Yusibov kəsici alətlə həmkəndlisi, 38 yaşlı Dəyanət Həşimovu qətlə yetirib və 24 yaşlı Bünyad Babazadəyə isə xəsarət yetirib.
Cinayətdə şübhəli olan Paşa Yusibovu polis saxlayıb. Faktla bağlı araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu