Astara rayonunun Kakalos kəndində qadın kəsici alətlə xəsarət alaraq ölüb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, kənd sakini, 55 yaşlı Xalidə Paşa qızı Manafova böyründən kəsilmiş-deşilmiş xəsarətlə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Qadının meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran filialına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır, hadisənin təfərrüatları dəqiqləşdirilir.
Sabutay, Bizim.Media, Cənub bürosu