Azad olunmuş ərazilərə bir aya rekord sayda ziyarət - FOTO

2020-ci ilin Vətən müharibəsində Azərbaycan xalqı və ordusu misilsiz bir qəhrəmanlıq, birlik nümayiş etdirərək, işğal altındakı ərazilərimizi azad etdi. Bu tarixi Qələbə təkcə torpaq uğrunda döyüş deyil, eyni zamanda, milli kimliyin, ədalətin və müstəqil dövlət quruculuğunun təntənəsi idi. Bu gün həmin torpaqlarda həyat yenidən qaynayır. Qarabağ və Şərqi Zəngəzurun adları artıq dağıntılar, müharibə xatirələri ilə deyil, inkişaf, quruculuq və gələcəyə olan böyük ümidlərlə hallanır.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası və inkişafı müasir Azərbaycan dövlətinin ən önəmli prioritetlərindən biri olmaqla yanaşı, xalqımızın mənəvi dirçəlişinin, milli həmrəyliyimizin, qətiyyətimizin ən parlaq təcəssümüdür.

Uzun illər işğal altında qalan və dağıntılarla üzləşən bu torpaqlar indi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə dövlətimizin həyata keçirdiyi məqsədyönlü və genişmiqyaslı yenidənqurma layihələri nəticəsində sürətlə dirçəlir, yeni həyatla nəfəs alır.

Bu proses yalnız iqtisadi göstəricilərlə deyil, həm də milli mədəniyyətimizin, tariximizin bərpası və dünya miqyasında təbliği ilə birgə gedir.

Azad edilmiş ərazilərə təkcə bu ilin iyulunda 500 mindən çox insanın səfər etməsi adi bir rəqəm deyil. Bu, son dərəcə mühüm göstəricidir. Həmin yarım milyon insan arasında yalnız yerli sakinlər və Vətənə qayıdan ailələr yox, həm də müxtəlif ölkələrdən gələn turistlər, sahibkarlar, investorlar, mədəniyyət və media nümayəndələri, eləcə də digər xarici qonaqlar yer alır.

Bu fakt özlüyündə bölgədə yaranmış təhlükəsiz, müasir və dinamik mühitin təsdiqidir. İnsanlar oraya təkcə ziyarət üçün yox, həm də yaşamaq, sərmayə qoymaq, investisiya imkanlarını araşdırmaq üçün gedirlər. Bu, eyni zamanda, azad edilmiş ərazilərin artıq fəal proseslərin getdiyi dövrə qədəm qoyduğunu, bölgənin gələcək iqtisadi, mədəni və turizm potensialının nə qədər böyük olduğunu və reallaşdırılmağa başladığını göstərir.


İqtisadiyyatın canlanmasında, xüsusilə kənd təsərrüfatının, sənaye və xidmət sahələrinin bərpası və inkişafı mühüm rol oynayır.

Dövlət tərəfindən yaradılan infrastruktur, əlverişli investisiya mühiti regiona daxili və xarici investorların marağını artırır ki, bu da gələcəkdə yeni iş yerlərinin açılması və sosial rifahın yüksəlməsini təmin edən amillərdir. Turizmin sürətli inkişafı da bölgə iqtisadiyyatına ciddi təkan verir.

Cari ilin iyulunda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün məhz Xankəndi şəhərində keçirilməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə bərpa və dirçəliş prosesinin real göstəricisidir. Bu Zirvə görüşü regional əməkdaşlığın genişləndirilməsi, iqtisadi imkanların birgə istifadəsi və qarşılıqlı inkişaf üçün platforma yaratmaq məqsədi daşıyır.

Prezident İlham Əliyev tədbirdəki çıxışında Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələrini, “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını və postmünaqişə dövründə göstərilən siyasi iradəni əsaslandırılmış faktlarla diqqətə çatdırdı.

Azərbaycanın ekoloji təşəbbüsləri, sərmayə cəlbediciliyi, enerji təhlükəsizliyinə verdiyi töhfələr və nəqliyyat dəhlizləri sahəsindəki rolu da çıxışda xüsusi vurğulandı.

Bütün bu məqamlar, həmçinin Azərbaycanın bölgədə sabitliyin, davamlı inkişafın və konstruktiv əməkdaşlığın təminatçısı kimi qətiyyətli mövqeyinin daha bir təzahürüdür.


Bir neçə gün əvvəl Şuşa şəhərində keçirilən 3-cü Qlobal Media Forumu Azərbaycanın mədəniyyət paytaxtının artan beynəlxalq nüfuzunu bir daha təsdiqləyir. Forum təkcə media nümayəndələrini bir araya gətirən platforma deyil, həm də Qarabağın zəngin tarixinin, mədəni irsinin və incəsənət ənənələrinin dünya ictimaiyyətinə təqdim olunduğu mühüm hadisədir. Tədbirdə müxtəlif ölkələrdən gəlmiş media təmsilçiləri, ekspertlər və jurnalistlər Qarabağ reallıqları ilə yerində tanış olmaq imkanı qazandı, regionun dirçəliş prosesini öz gözləri ilə gördülər.


Forum, eyni zamanda, mədəniyyətlərarası dialoq və beynəlxalq əməkdaşlıq üçün yeni körpülər qurur.


Burada səslənən fikirlər, edilən təqdimatlar və aparılan qarşılıqlı fikir mübadilələri Azərbaycanın mədəni diplomatiya sahəsində qazandığı uğurların nümayişidir.

Bu tədbir bir daha göstərir ki, Şuşa təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün mədəni, siyasi və mənəvi dəyər daşıyan unikal məkandır.

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun, həmçinin ECO-nun Zirvə toplantısı çərçivəsində Qırğız Respublikasının Prezidenti Sadır Japarovun, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana, xüsusilə işğaldan azad edilmiş ərazilərə səfərləri ölkələrimiz arasında dostluğun, həmrəyliyin və qarşılıqlı dəstəyin möhkəmlənməsinin növbəti əyani təzahürüdür.


Bu səfərlər regionda siyasi və iqtisadi inteqrasiyanın dərinləşməsi üçün yeni perspektivlər açır, Azərbaycanla bu ölkələr arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində önəmli mərhələdir.

Bütün bunlar bir daha sübut edir ki, işğaldan azad olunmuş ərazilər təkcə Azərbaycanın suveren və ərazi bütövlüyünün bərpası baxımından deyil, həm də ölkənin sosial-iqtisadi inkişafının, mədəni dirçəlişinin və regional sülhün təminatında əsas təməllərdən biridir.

Azərbaycanın bu torpaqlarda həyata keçirdiyi layihələr, təşkil etdiyi beynəlxalq tədbirlər, eləcə də aparılan siyasi dialoq bütün regionun gələcək inkişafı üçün açar rolunu oynayır.

Vaqif Poeziya Günlərinin növbəti dəfə Şuşada keçirilməsi isə milli mədəniyyətimizin dərin köklərini xatırladır və gələcək nəsillərə ötürür. Molla Pənah Vaqif kimi böyük Azərbaycan şairinin irsi vasitəsilə Azərbaycan xalqının milli ruhu, azadlıq və müstəqillik arzuları təcəssüm olunur. Bu mədəni tədbirlər işğaldan azad edilmiş torpaqlarda yalnız maddi deyil, mənəvi bərpanın da reallaşdığını göstərir.

Bu gün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı layihələr təkcə bərpa və yenidənqurma deyil, həm də gələcəyə doğru inamlı və strateji addımların bariz ifadəsidir.

Burada salınan hər yeni yol, tikilən hər məktəb, yaradılan hər iqtisadi zona Azərbaycanın gələcəyinə, sabitliyə və dayanıqlı inkişafa uzanan yolun bir hissəsidir.


Bu torpaqlar artıq yalnız xatirələrin deyil, həm də yeni imkanların, innovasiyaların, sosial və iqtisadi dirçəlişin məkanıdır. Qarabağ və Şərqi Zəngəzurda qurulan hər bir infrastruktur obyektinin, sosial layihənin və mədəni tədbirin arxasında böyük bir ideya dayanır – bütün xalqın gücünü və birliyini əks etdirən yenidənqurma ruhu.

İşğaldan azad edilmiş ərazilərin bərpası yalnız fiziki məkana qayıdış deyil, həm də milli kimliyimizin, tarixi ədalətin və dövlətimizin suverenliyinin möhtəşəm bir təntənəsidir. Bu təntənə gələcəyə olan inamın, əzmin və ümummilli birliyin parlaq ifadəsinə çevrilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda 16 yaşlı qız itkin düşdü

Bakıda 16 yaşlı qız itkin düşdü

Kürlə bağlı HƏYƏCAN TƏBİLİ – Əsas su mənbəyimiz niyə quruyur? – FOTOFAKT

Kürlə bağlı HƏYƏCAN TƏBİLİ – Əsas su mənbəyimiz niyə quruyur? – FOTOFAKT

Həkimlər güclü zəlzələyə baxmayaraq əməliyyata davam etdilər – ANBAAN VİDEO

Həkimlər güclü zəlzələyə baxmayaraq əməliyyata davam etdilər – ANBAAN VİDEO

Zelenski azərbaycanlı hərbçini TƏLTİF ETDİ

Zelenski azərbaycanlı hərbçini TƏLTİF ETDİ

İsrailin yeni səfiri Azərbaycana gəldi

İsrailin yeni səfiri Azərbaycana gəldi

Rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

“WhatsApp” “Facebook” və “Instagram”la birləşdi

“WhatsApp” “Facebook” və “Instagram”la birləşdi

"Temu"nun fırıldağı üzə çıxdı - FOTO

"Temu"nun fırıldağı üzə çıxdı - FOTO

Futbolsevərlərin NƏZƏRİNƏ: Bu gün "Qarabağ"ın oyunu var

Futbolsevərlərin NƏZƏRİNƏ: Bu gün "Qarabağ"ın oyunu var

Türkiyə bu səhəri zəlzələ ilə açdı

Türkiyə bu səhəri zəlzələ ilə açdı

Sakinlərə XƏBƏRDARLIQ – Saat 09.00-dan etibarən...

Sakinlərə XƏBƏRDARLIQ – Saat 09.00-dan etibarən...

18 yaşlı qız ailəsindən qaçdı, görüşdüyü oğlanı ürəyindən bıçaqladı

18 yaşlı qız ailəsindən qaçdı, görüşdüyü oğlanı ürəyindən bıçaqladı

Bu universitetlərdə əlavə təqaüdlər VERİLİR

Bu universitetlərdə əlavə təqaüdlər VERİLİR

Rusiyada DƏHŞƏTLİ ZƏLZƏLƏ – Sunami BAŞ VERDİ – ANBAAN VİDEO

Rusiyada DƏHŞƏTLİ ZƏLZƏLƏ – Sunami BAŞ VERDİ – ANBAAN VİDEO

Onlayn iclasda katibəni qucaqlayan məmur işdən qovuldu - FOTO

Onlayn iclasda katibəni qucaqlayan məmur işdən qovuldu - FOTO

Ağdamda bağça müdiri rüşvətə görə həbs edildi

Ağdamda bağça müdiri rüşvətə görə həbs edildi

Xoşbəxt olacaq bürclər - Bəxtləri açıldı

Xoşbəxt olacaq bürclər - Bəxtləri açıldı

Qulaq çöpündən istifadə etməyin - Həkim xəbərdarlıq etdi

Qulaq çöpündən istifadə etməyin - Həkim xəbərdarlıq etdi

Çempionlar Liqası: 5 komanda III təsnifat mərhələsinə yüksəldi – NƏTİCƏLƏR

Çempionlar Liqası: 5 komanda III təsnifat mərhələsinə yüksəldi – NƏTİCƏLƏR

Ev almaq istəyənlərin DİQQƏTİNƏ!

Ev almaq istəyənlərin DİQQƏTİNƏ!

Bu şəxslərə ayda 200 manat ödəniləcək – Azərbaycanda ilk yaşanır

Bu şəxslərə ayda 200 manat ödəniləcək – Azərbaycanda ilk yaşanır

Onlar da doğma yurdlarına qayıdır – FOTO

Onlar da doğma yurdlarına qayıdır – FOTO

"Komedixana"nın ulduzları haralıdır? — Təəccüblənəcəksiniz (SİYAHI)

"Komedixana"nın ulduzları haralıdır? — Təəccüblənəcəksiniz (SİYAHI)

Şəkidə DƏHŞƏT: Bir həmkəndlisini öldürdü, digərini yaraladı - FOTO

Şəkidə DƏHŞƏT: Bir həmkəndlisini öldürdü, digərini yaraladı - FOTO

End of content

No more pages to load

RADİO