2024-cü ildə ilk dəfə qoyulmuş şəkərli diabet diaqnozu ilə qeydə alınmış xəstələrin sayı 33533 olub.
Bu barədə Bizim.Media-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, bu rəqəm 2023-cü ildə 30500 olub.
Bəs onlardan neçəsi uşaqdır?
Statistikaya görə, 2023-cü ildə onlardan 446-sı, 2024-cü ildə isə 478-i 0-17 yaş arası uşaqlar olub.
Nəzrin Mirzəyeva, Bizim.Media