Böyükşor-Pirşağı yeni avtomobil yolunun 6,5-ci km-lik hissəsində yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, 1 avqust saat 09:00-dan başlayaraq qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bizim.Media bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, hərəkətin məhdudlaşdırılması günorta saatlarınadək qüvvədə olacaq.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur",- deyə agentlik bəyan edib.
Bizim.Media