Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.
Bizim.Media xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bu vəzifə Xəqani Arif oğlu Abasova həvalə olunub.
MÖVZU İLƏ BAĞLI:
Natiq Əliyev Şamaxı rayon Mərkəzi Xəstəxanasına DİREKTOR təyin edildi – ÖZƏL
Xəqani Abasov 1974-cü ildə Şirvan şəhərində doğulub. 1992-1999-cu illərdə Azərbaycan Tibb universitetinin Müalicə-işi fakültəsində təhsil alıb. 2024-cü ilə kimi terapevt və hərbi həkim kimi fəaliyyət göstərib. Həmin ildən etibarən Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında Keyfiyyətə nəzarətin idarə olunması üzrə mütəxəssis kimi çalışıb.
Qeyd edək ki, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini Natiq Tahir oğlu Əliyev icra edirdi.
Alçina Amilqızı, Bizim.Media