Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.
Bizim.Media xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bu vəzifə Natiq Tahir oğlu Əliyevə həvalə olunub.
Qeyd edək ki, Natiq Tahir oğlu Əliyev Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini icra edirdi. Daha əvvəl Mərkəzi Neftçilər Xəstəxanasının Sənaye təbabət bölməsinin müdiri və TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü kimi fəaliyyət göstərib.
Natiq Əliyev 2001- 2012-ci illərdə Şirvan şəhər Məftun Osmanov adına 20 saylı orta məktəbi bitirib. 2013 -2018-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tibb Fakultəsində təhsil alıb. İxtisasca infeksionist olan Natiq Əliyev gənc həkimdir.
Alçina Amilqızı, Bizim.Media