"Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədri HAKİM QARŞISINDA

"Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sabiq sədri, həmçinin bayraq meydanının rəisi olmuş İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bizim.Media report-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Fuad Babayevin vəkili vəsatətlə çıxış edib.
 

Vəkil bəzi sənədlərin sübutlar siyahısına əlavə edilməsini istəyib: "Bir şirkət yaradılıb. Elə görüntü var ki, guya həmin şirkət yeyinti məqsədilə yaradılıb. Lakin həmin şirkətin hesabına köçürülən pullar hesabda qalıb, təyinatı üzrə xərclənib".


Məhkəmə sənədlərin işə qəbul edilməsi barədə qərar qəbul edib.
 

Daha sonra İlqar Mustafayevin vəkili vəsatət verib. Vəkil bildirib ki, bu, gəmilərdən gələn gəlirlərin mənimsənilməsi ilə bağlıdır: "2020-2023-cü illərdə gəmilərdən gələn gəlirlərin mənimsənilməsi ilə bağlı olub.


Guya gəmilərdən aylıq 3-7 min insan istifadə edib. il ərzində isə 13 min insanın gəmidən istifadə etməsi yazılıb.
 

Halbuki 2020-ci ildə pandemiya olub, insanlar küçəyə SMS vasitəsi ilə çıxıblar. Bu qədər sərnişin iştirak etməsi mümkün deyildi. Kimə, nəyə əsaslanıb yazıblar ki, bu qədər insan iştirak edib?".


Məhkəmə vəsatəti baxılmamış saxlayıb.Proses avqustun 18-də davam edəcək.
 

Qeyd edək ki, “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin fəaliyyətinin yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.


İbtidai istintaqla İlqar Mustafayevin “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə cinayət əlaqəsinə girib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilmiş ümumilikdə 12 milyon manatdan artıq pul vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
 

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmasına əsaslı şübhələr müəyyən olunub.


Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.
 

İlqar Mustafayev barəsində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.


İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəmkirdə mikroavtobus yük avtomobili ilə toqquşub - VİDEO

Şəmkirdə mikroavtobus yük avtomobili ilə toqquşub - VİDEO

Bu ilin sonunadək daha 230 peşə və kvalifikasiya standartı TƏSDİQLƏNƏCƏK

Bu ilin sonunadək daha 230 peşə və kvalifikasiya standartı TƏSDİQLƏNƏCƏK

"Bavariya"nın futbolçusu La Liqa klubuna KEÇDİ

"Bavariya"nın futbolçusu La Liqa klubuna KEÇDİ

İmmuniteti gücləndirən uşaq yeməkləri

İmmuniteti gücləndirən uşaq yeməkləri

Azərbaycanlı idmançıdan Avropa çempionatında 1 qızıl, 1 gümüş medal

Azərbaycanlı idmançıdan Avropa çempionatında 1 qızıl, 1 gümüş medal

"Bir otaqda 40 nəfərlə qalıram – 3 manat verib "stoyanka"da yatırıq" – REPORTAJ

"Bir otaqda 40 nəfərlə qalıram – 3 manat verib "stoyanka"da yatırıq" – REPORTAJ

La Liqada yeni qayda tətbiq olunacaq

La Liqada yeni qayda tətbiq olunacaq

Hava ilə bağlı XƏBƏRDARLIQ

Hava ilə bağlı XƏBƏRDARLIQ

Rusiyalı jurnalistlər Bakıya hücum üçün yeni mövzu tapdı

Rusiyalı jurnalistlər Bakıya hücum üçün yeni mövzu tapdı

“Qalarasaray” iki futbolçu ilə müqaviləni UZATDI

“Qalarasaray” iki futbolçu ilə müqaviləni UZATDI

Bakıda 22 yaşlı gəlini QƏTLƏ YETİRDİLƏR

Bakıda 22 yaşlı gəlini QƏTLƏ YETİRDİLƏR

Rəqsanənin açıq-saçıq geyimi TƏNQİD OLUNDU - VİDEO

Rəqsanənin açıq-saçıq geyimi TƏNQİD OLUNDU - VİDEO

Lənkəranda təcili yardım maşınının qəzaya düşməsi ilə bağlı TƏFƏRRÜATLAR

Lənkəranda təcili yardım maşınının qəzaya düşməsi ilə bağlı TƏFƏRRÜATLAR

“Sumqayıt” bu futbolçu ilə yollarını ayırdı

“Sumqayıt” bu futbolçu ilə yollarını ayırdı

Universitet Firəngiz Mütəllimova ilə Əliqismət Lalayevdən ÜZR İSTƏDİ

Universitet Firəngiz Mütəllimova ilə Əliqismət Lalayevdən ÜZR İSTƏDİ

Talibanın himnində “ruslar üçün məzar” ifadəsi AŞKARLANDI - FOTO

Talibanın himnində “ruslar üçün məzar” ifadəsi AŞKARLANDI - FOTO

Elşən “İmtahan”ın aktrisası ilə eşq yaşayır? - VİDEO

Elşən “İmtahan”ın aktrisası ilə eşq yaşayır? - VİDEO

“Bavariya”dan 75 milyonluq TRANSFER

“Bavariya”dan 75 milyonluq TRANSFER

Ağdərə və Xocavənddə yanğınlar DAVAM EDİR

Ağdərə və Xocavənddə yanğınlar DAVAM EDİR

Azərbaycanlı Balidə oğurluğa görə HƏBS OLUNDU

Azərbaycanlı Balidə oğurluğa görə HƏBS OLUNDU

Solovyov və Simonyandan növbəti azərbaycanofob İSTERİKA - VİDEO

Solovyov və Simonyandan növbəti azərbaycanofob İSTERİKA - VİDEO

“Səbail” qapıçı TRANSFER ETDİ

“Səbail” qapıçı TRANSFER ETDİ

Ermənistan Rusiyadan konsulunu GERİ ÇAĞIRDI

Ermənistan Rusiyadan konsulunu GERİ ÇAĞIRDI

Tailand və Kamboca arasında atəşkəs QÜVVƏYƏ MİNDİ

Tailand və Kamboca arasında atəşkəs QÜVVƏYƏ MİNDİ

End of content

No more pages to load

RADİO