“4 mövsüm Qrız” - “Alternativ” İB yeni layihəyə start verdi – FOTO

Qubada qadınların turizm təşəbbüslərinə dəstək verilir.

“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi Dövlət Turizm Agentiyinin dəstəyilə “4 mövsüm Qrız” -  “Qrız kəndində turizm yönümlü fəaliyyətlərdə qadınların dəstəklənməsi” layihəsinin icrasına start verib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Qrız kəndində layihənin təqdimat mərasimi keçirilib.

İctimai Birliyin sədr müavini, layihə rəhbəri Jalə Quliyeva tədbirdə çıxış edərək bildirib ki, layihə Quba rayonunun Qrız kəndində qadınları turizm yönümlü fəaliyyətlərə cəlb etməyi nəzərdə tutur:

“Layihə Qrız kəndinin unikal mədəni irsini və adət-ənənələrini təbliğ etməklə yerli iqtisadiyyatı dirçəltmək, qadınlar üçün məşğulluq imkanları yaratmaq və kəndi turistlər üçün dayanıqlı və cəlbedici məkan kimi tanıtmaq məqsədi daşıyır. Qrızlı qadınlar davamlı turizm, qonaqpərvərlik, ənənəvi əl işləri və yerli mətbəx kimi sahələrdə təlim proqramları vasitəsilə praktiki biliklərlə təchiz ediləcək. Təlim iştirakçılarına fərdi biznes planları hazırlamaq və marketinq strategiyası həyata keçirmək üçün dəstək veriləcək”.

Quba rayon İcra Hakimiyyətinin nümayəndəsi Mübariz Rüstəmov, Quba Regional Turizm İdarəsinin baş mütəxəssisi Azər Səfərov, turizm mütəxəssisi, təlimçi ekspert Vüqar Dərgahov, kənd sakinləri tədbirdə çıxış edərək Qrız kəndinin zəngin turizm potensialına sahib olduğunu və yerli sakinlərin, xüsusilə qadınların turizm sahəsində bilik və bacarıqlarının artırılmasına ehtiyac duyulduğunu vurğulayıblar.

Natiqlər qeyd edib ki, bu kimi layihələrin icrası yerli və xarici turistlərə daha keyfiyyətli və çoxçeşidli turizm xidmətlərinin göstərilməsinə, irəli sürülən biznes təşəbbüsləri isə kəndin turistik məkan kimi tanınmasına böyük töhfə verəcək.

Daha sonra qadınlara “Kənd turizmi anlayışı, növləri və fəaliyyət sahələri” mövzusunda ilk təlim keçirilib.

Sual-cavab sessiyası olub, təlim iştirakçılarını maraqlandıran mövzularda müzakirələr aparılıb. 3 ay davam edəcək layihənin sonunda təlim iştirakçılarına sertifikatlar veriləcək.




















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Səbail” qapıçı TRANSFER ETDİ

“Səbail” qapıçı TRANSFER ETDİ

Ermənistan Rusiyadan konsulunu GERİ ÇAĞIRDI

Ermənistan Rusiyadan konsulunu GERİ ÇAĞIRDI

Tailand və Kamboca arasında atəşkəs QÜVVƏYƏ MİNDİ

Tailand və Kamboca arasında atəşkəs QÜVVƏYƏ MİNDİ

Durov yenidən Parisdə DİNDİRİLDİ - 9 saat... - VİDEO

Durov yenidən Parisdə DİNDİRİLDİ - 9 saat... - VİDEO

Keniyalı legioner Azərbaycan klubu ilə müqavilə İMZALADI

Keniyalı legioner Azərbaycan klubu ilə müqavilə İMZALADI

Ötən il boşanıblar? - FOTO

Ötən il boşanıblar? - FOTO

Lənkəranda təcili yardım maşını qəzaya düşdü - FOTO

Lənkəranda təcili yardım maşını qəzaya düşdü - FOTO

Araz Ağalarov BAKIDADIR - VİDEO

Araz Ağalarov BAKIDADIR - VİDEO

Azərbaycanda 105 yaşlı universitetin adı dəyişdirilir - RƏSMİ

Azərbaycanda 105 yaşlı universitetin adı dəyişdirilir - RƏSMİ

Boğulan yeniyetməni qəhrəmancasına xilas edərkən ölən Rəvanın FOTOSU

Boğulan yeniyetməni qəhrəmancasına xilas edərkən ölən Rəvanın FOTOSU

Dəyişiklik küləyi bu gündən BAŞLAYIR: Bu bürclər üçün xüsusi uğur…

Dəyişiklik küləyi bu gündən BAŞLAYIR: Bu bürclər üçün xüsusi uğur…

Şəkidəki qəza yerindən GÖRÜNTÜLƏR - FOTO/VİDEO

Şəkidəki qəza yerindən GÖRÜNTÜLƏR - FOTO/VİDEO

“Nigarı hədəf almaq düzgün deyil” - Tolik

“Nigarı hədəf almaq düzgün deyil” - Tolik

Trampın Starmerlə görüşdə qrimlənmiş əli GÜNDƏM OLDU - VİDEO

Trampın Starmerlə görüşdə qrimlənmiş əli GÜNDƏM OLDU - VİDEO

Məşhurluq xəstəliyinə yoluxmaq - Sosial media sizi idarə edir, yoxsa siz onu?

Məşhurluq xəstəliyinə yoluxmaq - Sosial media sizi idarə edir, yoxsa siz onu?

Xaçmaz çimərliyində 50 yaşlı kişi batdı - ÖZƏL

Xaçmaz çimərliyində 50 yaşlı kişi batdı - ÖZƏL

Ermənilərin hücumları nəticəsində əsir və girovluqda işgəncələrə məruz qalmış şəxslər İFADƏ VERDİLƏR

Ermənilərin hücumları nəticəsində əsir və girovluqda işgəncələrə məruz qalmış şəxslər İFADƏ VERDİLƏR

ABŞ Britaniyaya nüvə silahı TƏDARÜK ETDİ

ABŞ Britaniyaya nüvə silahı TƏDARÜK ETDİ

“Turan Tovuz”un növbəti rəqibi BƏLLİ OLDU

“Turan Tovuz”un növbəti rəqibi BƏLLİ OLDU

"Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədri HAKİM QARŞISINDA

"Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədri HAKİM QARŞISINDA

Yalnız konfetlərlə qidalanmağın HANSI FƏSADLARI var?

Yalnız konfetlərlə qidalanmağın HANSI FƏSADLARI var?

Parklardakı yüksək səs-küy və musiqi sizi narahat edirmi? - VİDEOSORĞU

Parklardakı yüksək səs-küy və musiqi sizi narahat edirmi? - VİDEOSORĞU

“Qarabağ”dan ayrılan futbolçunun yeni klubu BƏLLİ OLDU

“Qarabağ”dan ayrılan futbolçunun yeni klubu BƏLLİ OLDU

Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə ÇAĞIRILDI

Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə ÇAĞIRILDI

End of content

No more pages to load

RADİO