Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, Şəmkir şəhər sakini 1972-ci il təvəllüdlü Fidayıl Mirzəməmmədov münaqişə zəminində, qardaşı oğlu 1985-ci il təvəllüdlü Vüsal Mirzəməmmədovu bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyat zamanı hadisəni törətməkdə şübhəli bilinən Fidayıl Mirzəməmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. (Apa.az)
Bizim.Media