Sumqayıt şəhərinin ikinci ən böyük istirahət zonası olan Heydər Əliyev parkında baş verən son proseslər sakinlərin ciddi narazılığına səbəb olub. Belə ki, isti havada parka pənah gətirən insanlar burada gözlənilməz mənzərə ilə üzləşirlər. Çünki artıq neçə gündür ki, parkda fəaliyyət göstərən kafe və çayxanaların fəaliyyəti məhdudlaşdırılıb. İaşə obyektlərinin ətrafındakı stol və stullar yığışdırılıb.
Qapalı şəraitdə normal xidmət göstərməyə də sahibkarların imkanları çatmır. İaşə obyektlərinin sahibləri Bizim.Media-ya bildiriblər ki, qadağa Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən qoyulub.
Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun sözçüsü Eyvaz Qocayev Bizim.Media-ya açıqlamasında səslənən iddiaları təkzib edib:
“Qeyd olunan məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti tərfindən heç tapşırıq verilməyib”.
Mövzunu diqqətdə saxlayacağıq...
Surxay Atakişiyev, Bizim.Media