Yevlaxda qətl hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, iki şəxs arasında başlayan mübahisə birinin ölümü ilə nəticələnib.
Belə ki, Yevlax şəhər sakini 63 yaşlı İlham Məmmədiyyə oğlu Mirzəyev həmyerlisi 47 yaşlı Kərimov Habil Kərim oğluna alışqan vermədiyi üçün mübahisə yaranıb.
Mübahisə zamanı İ. Mirzəyev H.Kərimovu bıçaqlayıb. Zərərçəkmiş aldığı xəsarətlərdən dünyasını dəyişib.
Qətli törətməkdə şübhəli bilinən İlham Mirzəyev Yevlax rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Saxlanına şəxsin hadisəni törədən zaman sərxoş olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.
Leyla Vəfadarqızı, Bizim.Media, Mərkəzi Aran bürosu