Füzulidə yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, rayonun Mirzəcamallı kəndi ərazisində hərəkətdə olan “Hyundai” markalı 77 GE 219 dövlət nömrə nişanlı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb.
Nəticədə avtomobildə olan sərnişin 66 yaşlı Sahilə Muradova müxtəlif dərəcəli xəsarət alıb.
Yaralı təcili tibbi yardım avtomobili ilə Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)
Bizim.Media