MTK-larla provayderlər arasında QARŞIDURMA: Zəif internetin səbəbi AÇIQLANDI

"Bəzi tikinti şirkətləri provayderlər üçün texniki məhdudiyyət yaradır". Bu, Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) internet telekommunikasiya xidməti göstərən operator və provayderlərlə növbəti görüş zamanı bildirilib. İKTA nümayəndələri bildiriblər ki, yeni tikilən binalarda, xüsusilə ETTH tətbiq edilən layihələrdə bəzi tikinti şirkətləri blok daxilində mənzillərə yalnız dörd lifli "Ethernet" kabelləri çəkirlər.

Bu isə provayderlər üçün texniki məhdudiyyət yaradır və 100 Mbit/s üzərində sürətin təmin olunmasına imkan vermir. Halbuki 300, 500 və ya 1000 Mbit/s kimi yüksək sürətlər üçün ən azı səkkiz lifli "Ethernet" kabellərin istifadəsi tələb olunur. Qeyd edək ki, bu mövzuda artıq bir neçə dəfə görüş keçirilib. Lakin hələ də məsələ öz həllini tapmayıb. Tikinti şirkətlərinin tətbiq etdiyi məhdudiyyətə səbəb nədir?

Bizim.Media bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

"MTK-lar öz provayderlərini yaradırlar"
 

Əmlak məsələləri üzrə ekspert Firdovsi Xəlilovun sözlərinə görə, burada iki nəzərə alınmalı məqam var:


"Hansı ki, bəzi binalar çoxdan təhvil verilib. Onlar inşa olunan dövrdə fiber optik kabellər yox idi. Provayderlərin də sayı həmin dövrdə çox az idi. Son dövrlərdə isə onların sayı xeyli artıb. Bu isə bazarda ciddi rəqabətə gətirib çıxarır. Rəqabət o qədər güclüdür ki, binalara, komendantlığa pulsuz internet təklif edirlər. O zaman seçim başlayır. Bəzi hallarda MTK-lar həm də provayder yaradırlar. Yəni binalarında özlərinə aid, yaxud yaxın olan şirkətlərə icazə verirlər. Tikinti şirkətlərinin çox az hissəsi provayderlərə azadlıq verir".

F.Xəlilovun fikrincə, bu vəziyyətə səbəb qanundakı boşluqlardır:

"MTK-lar haqqında qanuna görə, tikinti bitdikdən sonra onların fəaliyyəti dayanmalıdır. Sakinlər özləri xidmət göstərən şirkət yaratmalıdırlar. Bu halda provayderlərini də özləri seçirlər. Amma əksər hallarda MTK-lar tikintidən sonra da fəaliyyətlərini davam etdirirlər. Onların da çox az hissəsi tenderlə ən güclü provayderi seçir. Əksəriyyəti maraqları olan şirkətlərlə işləyirlər".

"Maksimum qənaət etmək istəyirlər"
 

İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımovun sözlərinə görə, tikinti şirkətləri bina tikərkən maksimum qənaət etmək istəyirlər. O səbəbdən də daha aşağıkeyfiyyətli kabellər quraşdırırlar:


"Onların məqsədi yüksəkkeyfiyyətli internet vermək deyil. Çünki bilirlər ki, onlar hansı şəbəkəni istəsə, həmin provayder fəaliyyət göstərəcək. Tikinti şirkətləri monopolist yanaşma aparırlar. İstifadəçi şikayət etsə belə, heç nə edə bilməyəcək".

F.Kazımovun fikrincə, MTK-ların aldığı avadanlıqlar olduqca məhduddur. O səbəbdən də onlarla güclü internet şəbəkəsi əldə etmək mümkün deyil:

"Məsələn, Böyük Britaniyada bir neçə il öncə evlərə çəkilən internetdə maksimal hədd 500 meqabit idi. Amma hazırda 1600-dür. Bizdə isə provayderlər texniki cəhətdən inkişaf etsə də, binada həmin interneti qəbul edəcək avadanlıq yoxdursa, sürətli internet vermək mümkünsüz olur. Sakinlərin isə seçimi yoxdur. MTK-ların yaratdığı provayder xidmətləri də çox zəif olur. Hansısa fəsad olduqda, təmir edəcək mütəxəssisləri yoxdur. İri provayderlər isə daha yüksək səviyyədə xidmət təqdim edirlər".

"Bu zaman MTK-lar məcbur qaydalara riayət edəcək"
 

Fərid Kazımov bildirdi ki, əksər dünya ölkələrində bu xidmətlər qurumlar tərəfindən həyata keçirilir:


"Ölkəmizdə bu məsələlər tam olaraq tənzimlənmir. Əslində aidiyyəti orqanlar tərəfindən xüsusi qaydalar təsdiqlənməlidir. Çünki tələblər dəyişir. Tələb olmalıdır ki, müasir kabellər çəkilsin. Böyük Britaniyada heç bir tikinti şirkəti özü kabeli çəkmir. Xüsusi şəbəkəyə, internetə aid qurumlar var. Həmin qurum internet kabeli çəkilməsini həyata keçirir. Provayder də gəlib həmin şəbəkəyə öz avadanlığını quraşdırır. Yəni texniki olaraq heç bir provayder gəlib özbaşınalıq edə bilmir. Bu səbəbdən mövcud durum tənzimlənməli, reqlamentləşməlidir. Bu zaman MTK-lar məcbur olub qaydalara riayət edəcək".

"Komendantlar pul istəyirlər"

İnşaat və əmlak məsələləri üzrə ekspert Elnur Azadovun fikrincə, provayderlərin çox olması yaxşı haldır. Amma onların çoxluğu bəzi özbaşınalıqlara da yol açır: "Provayderlərin köhnə binalara daxil olması, orada müəyyən xətlər çəkməsi şəffaf şəkildə aparılmır. Binalarda maksimum iki ya üç provayder olur, onlar da böyük və tanınmış şirkətlərdir. Yenitikili binalarda isə provayderlər sərbəst şəkildə xidmətlərini təqdim edə bilmirlər. Çünki komendantlar binaya hansısa provayder daxil olmaq istədikdə onlardan müəyyən pul tələb edirlər".

E.Azadov da düşünür ki, bu hal qanunvericilik və tikinti normalarında əksini tapmadıqca, həll edilməyəcək:

"Bu məsələ tikinti və şəhərsalmaya aid qanunvericilikdə, inşaat normativlərində öz əksini tapmalıdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Milli qəhrəman Natiq Qasımovun anası VƏFAT ETDİ

Milli qəhrəman Natiq Qasımovun anası VƏFAT ETDİ

Xərçəng müalicəsində yeni ÜSUL

Xərçəng müalicəsində yeni ÜSUL

Bakıya gələn iş adamını "qaraçılar" soydu

Bakıya gələn iş adamını "qaraçılar" soydu

İranda iki siyasi məhbus edam edildi

İranda iki siyasi məhbus edam edildi

Laçındakı çörək zavodundan REPORTAJ - VİDEO

Laçındakı çörək zavodundan REPORTAJ - VİDEO

Barselonada 1,5 milyona ev aldılar - FOTO

Barselonada 1,5 milyona ev aldılar - FOTO

Ukrayna dronları Putinin mətbuat katibi və köməkçisinin uçuşunu ləngitdi - VİDEO

Ukrayna dronları Putinin mətbuat katibi və köməkçisinin uçuşunu ləngitdi - VİDEO

“Karvan” daha bir futbolçu ilə müqavilə bağladı

“Karvan” daha bir futbolçu ilə müqavilə bağladı

Saç tökülməsinin inqilabi həlli: Dərman və ya saç əkimi tələb olunmur - FOTO

Saç tökülməsinin inqilabi həlli: Dərman və ya saç əkimi tələb olunmur - FOTO

Millimizin üzvü oynadı, komandası məğlub oldu

Millimizin üzvü oynadı, komandası məğlub oldu

Bu dron cəbhə xəttindən yaralı əsgərləri təxliyə edəcək

Bu dron cəbhə xəttindən yaralı əsgərləri təxliyə edəcək

"Yaşayan Nostradamus"dan yeni bədbin PROQNOZ

"Yaşayan Nostradamus"dan yeni bədbin PROQNOZ

Yapon qadınlarından ömür uzunluğuna görə yeni DÜNYA REKORDU

Yapon qadınlarından ömür uzunluğuna görə yeni DÜNYA REKORDU

Bakıda ortaaylıq əməkhaqqı artdı

Bakıda ortaaylıq əməkhaqqı artdı

Bu insanlara xəbərdarlıq: Sabah...

Bu insanlara xəbərdarlıq: Sabah...

Fransada meşə yanır - Əhali təxliyə edilir

Fransada meşə yanır - Əhali təxliyə edilir

MTK-larla provayderlər arasında QARŞIDURMA: Zəif internetin səbəbi AÇIQLANDI

MTK-larla provayderlər arasında QARŞIDURMA: Zəif internetin səbəbi AÇIQLANDI

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Arif Babayevin vəziyyəti açıqlandı

Arif Babayevin vəziyyəti açıqlandı

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

Masallıda da yanğın başladı - FOTO

Masallıda da yanğın başladı - FOTO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Yardımlıda möhtəşəm tapıntı: Daş qutu, küp və torpaq qəbir abidələri... - FOTO

Yardımlıda möhtəşəm tapıntı: Daş qutu, küp və torpaq qəbir abidələri... - FOTO

Şirvanlı çimərliyində antisanitariya: Zibil dənizə tökülür - FOTO

Şirvanlı çimərliyində antisanitariya: Zibil dənizə tökülür - FOTO

End of content

No more pages to load

RADİO