Masallı rayonunun Böyük Kolatan kəndində pay torpaqları sahəsində yanğın baş verib. Hadisə nəticəsində ərazidəki müəyyən bitki örtüyü ziyan görüb.
Bizim.Media xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Görülən operativ tədbirlər sayəsində alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.
Hazırda yanğının baş vermə səbəbi araşdırılır.
Sabutay, Bizim.Media, Cənub bürosu