Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayon ərazisindən keçən hissəsində iki minik avtomobili toqquşub, iki nəfər xəsarət alıb.
Bizim.Media-nın yerli bürosu qəzanın baş vermə təfərrüatı ilə maraqlanıb. Hadisə şahidlərinin sözlərinə görə, yol nəqliyyat hadisəsi Köbər kəndi ərazisində qeydə alınıb.
Belə ki, “VAZ 2107” markalı minik avtomobili ilə “VAZ 2101” markalı minik avtomobillləri toqquşub. İlkin ehtimala görə, qəzaya səbəb ötmə qaydalarını pozma və qarşıdan gələn avtomobilin yoluna çıxma nəticəsində baş verib. Qəzadan sonra “VAZ 2107” markalı avtomobil zərbənin təsirindən yol kənarındakı çökəkliyə düşüb. Digər avtomobilin isə sürücüsü və bir nəfər sərnişin xəsarət alıblar.
Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunub. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının çatdırılıb. Xəstəxanada yaralılar müayindən keşirilib, müalicələri aparılır.
Qəzanın baş vermə səbəbləri araşdırılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu