"Təbriz-Bakı və əks istiqamətdə uçuşlar Təbrizin Şəhid Mədəni Beynəlxalq Hava Limanının xarici reyslərinə əlavə edilib”.
Bizim.Media xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Hava Limanlarının rəhbəri danışıb.
Onun sözlərinə görə, bu gündən uçuş cədvəlinə əlavə olunan bu yeni reys İran və Azərbaycan arasında hava əlaqəsini gücləndirəcək və sərnişinlər üçün bölgənin bu iki mühüm şəhəri arasında gediş-gəlişi asanlaşdıracaq?
“Bu reysin açılması ilə Şərqi Azərbaycan əyaləti ilə Azərbaycan Respublikası arasında ticarət və turizm əlaqələrinin inkişafı üçün yeni imkanlar yaranacaq. Bu hava yolu iki region arasında iqtisadi və mədəni mübadilənin inkişafında önəmli rol oynaya bilər".
Bizim.Media