Bu ilin iyun ayında Bakıda yeni tikililərdə mənzillərin orta qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 15,9 % çox olub. Köhnə tikili mənzillər isə 12,2 % bahalaşıb.
Bizim.Media xəbər verir ki, bunu "Xəzər Xəbər"ə müsahibəsində "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti"nin sədri Vüqar Oruc deyib.
Onun sözlərinə görə, son 1 ildə paytaxtda fərdi yaşayış evləri 13,5 %, torpaq sahələri 15,4 %, qeyri-yaşayış obyektləri isə 12,5 % bahalaşıb.
Ekspert deyir ki, hazırda ən bahalı daşınmaz əmlak torpaqdır. Daşınmaz əmlakın ən baha satışa çıxarıldığı rayonlar isə Səbail, Yasamal, Nəsimidir.
Daha ətraflı videomaterialı təqdim edirik:
<iframe width="1884" height="768" src="//www.youtube.com/embed/BtcUQonj018" title="Bakıda ən bahalı mənzillər bu rayonlardadır" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>
Bizim.Media