Avqust ayı bəzi bürclər üçün sevindirici hadisələrlə yadda qalacaq.
Bizim.Media xəbər verir ki, ulduzların düzülüşü göstərir ki, bir neçə bürc nümayəndəsi həyatlarında yeni başlanğıclar, gözlənilməz fürsətlər və xoş sürprizlərlə qarşılaşacaq.
Astroloqlar bu ay aşağıdakı bürclərin bəxtinin açılacağını bildirirlər:
Qoç
Avqust Qoç bürcü üçün enerjili və uğurlu başlayacaq. İş həyatında müsbət dəyişikliklər gözlənilir. Əməkdaşlıq təklifləri və maddi gəlir artımı mümkündür. Ailə daxilində uzun müddət gözlənən bir müjdə bu ay reallaşa bilər.
Şir
Şir bürcündə doğulanları sevgi və şəxsi münasibətlərdə gözəl günlər gözləyir. Uzun müddət davam edən anlaşılmazlıqlar yoluna qoyulacaq. Eyni zamanda, bu bürc altında doğulanlar üçün kreativ ideyaların reallaşması üçün ideal zamandır.
Əqrəb
Əqrəblər üçün avqust ayı yenilənmə dövrü olacaq. Sağlamlıq, emosional tarazlıq və maddi sahədə sabitlik yaranacaq. Qəfil alınacaq bir xəbər onların həyatında yeni qapılar aça bilər.
Balıqlar
Balıqlar üçün avqust romantik və emosional baxımdan çox zəngin keçəcək. Təsadüfi tanışlıqlar ciddi münasibətə çevrilə bilər. Bununla yanaşı, yaradıcı işlərlə məşğul olan balıqlar bu ay istedadlarını geniş auditoriyaya tanıtmaq şansı əldə edəcəklər. (metbuat.az)
Bizim.Media