“2024 YR4” adlı asteroid əvvəllər Yer üçün potensial təhlükə hesab olunurdu, lakin indi NASA hesablamalarına görə onun 2032-ci ilin sonunda Ayla toqquşma ehtimalı təxminən 4,3% təşkil edir.
Bizim.Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Nəşr yazır ki, bu, indiyədək qeydə alınmış ən yüksək göstəricidir.
Yerə zərbə ehtimalı istisna edilsə də, Ayla toqquşma baş verərsə, bu, son 5 min il ərzində Ayla ən böyük toqquşma olacaq.
Alimlərin qiymətləndirməsinə görə, belə bir hadisə rabitə və naviqasiya peyklərinin fəaliyyətində müvəqqəti nasazlıqlara səbəb ola bilər. Bu isə nəqliyyat sistemlərindən tutmuş internetə qədər bir çox sahəyə təsir göstərə bilər.
Bizim.Media