Uşağın cinsi ananın yaşından da asılı imiş… - ARAŞDIRMA

Bir çox insan düşünür ki, dölün cinsi – bioloji lotereyadır və oğlanla qız olma ehtimalı bərabərdir.

Digərləri isə bildirir ki, uşağın cinsi kişidən asılıdır, çünki X və ya Y xromosomu məhz kişi spermatozoidində mövcuddur. Lakin yeni tədqiqat bu stereotipləri alt-üst edir: sübut olunub ki, doğulacaq körpənin cinsi ananın yaşından da asılı ola bilər.

Bizim.Media xəbər verir ki, bu nəticəyə ABŞ-nin Harvard Universitetinin alimləri gəliblər.

Onlar təxminən 60 min amerikalı ananın məlumatlarnı təhlil ediblər. Əvvəlcə bu məlumatlar tibb jurnallarında yayımlanıb, daha sonra isə geniş mətbuatda. Və məlum olub ki, mayalanma zamanı cinsin formalaşmasına ana yaşı ciddi təsir göstərir.

“Körpələrin cinsi həmişə bioloqlar, demoqraflar, statistikaçılar və sosioloqlar üçün maraqlı olub. Lakin son analizlər göstərib ki, cinsin bölgüsü sadə ikili (binary) sxemə tam uyğun gəlmir”, - deyə tədqiqat müəlliflərindən biri bildirib.

Ənənəvi yanaşmaya görə, dölün oğlan (XY) və ya qız (XX) doğulması şansı bərabər sayılırdı, çünki yumurta hüceyrəsi həmişə X xromosomu daşıyır, sperma isə ya X, ya da Y. Amma alimlər təkcə bunu əsas götürməyib, yalnız eyni cinsli uşaqlara sahib olan ailələri araşdırıblar.

Araşdırmanın ilk mərhələlərində bəlli olub ki, bəzi qadınlar yalnız eyni cinsli uşaqlar doğur. Bəs səbəb nədir?

Bu suala cavab tapmaq üçün yalnız eyni cinsli uşaqları olan qadınlar arasında 8 əsas amil araşdırılıb: boya görə orta göstərici, bədən kütlə indeksi, irq, saç rəngi, qan qrupu, bioritm (gecəyarısı aktivliyi və ya səhər erkən oyanmaq), cinsi yetkinlik yaşı və ilk övladı dünyaya gətirdikləri yaş.

Nəticədə məlum olub ki, yalnız bir amil - ilk doğuş yaşı əsas fərq yaradır. Belə ki, ilk övladını 28 yaşdan sonra dünyaya gətirən qadınlarda yalnız bir cinsdə uşaq sahibi olmaq ehtimalı, ilk övladını 23 yaşdan əvvəl doğanlara nisbətən 9% daha yüksəkdir (43% qarşı 34%).
 

Alimlər bunu yaşla əlaqəli fizioloji dəyişikliklərlə əlaqələndirirlər. Bu hipotez hələ də araşdırılır, lakin artıq bir çoxlarının "cins şansları bərabərdir" inancını sarsıdıb.

Lakin burada sosial faktor da istisna edilməyib. İlk dəfə 28 yaşında ana olan qadın bəzən bir uşaqdan sonra dayanır. İki eyni cinsli uşaq bu səbəbdən çox şey demir. Amma 23 yaşdan əvvəl ana olan qadınlar bir neçə uşaq dünyaya gətirə bilər, özü də fərqli partnyorlarla, bu da statistik olaraq onun daha “müxtəlifcinsli” ana olma ehtimalını artırır.

Qeyd edək ki, gələcək körpənin cinsi ilə bağlı qədim və müasir bir çox inanclar mövcuddur. Bu mövzuda həm xalq təbabəti ilə məşğul olanlar, həm də bəzi klinikalar proqnoz verməyə çalışıblar.

 Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncədə yaşayış binasında YANĞIN OLUB

Gəncədə yaşayış binasında YANĞIN OLUB

Şəhid hərbi pilot Rəşad Atakişiyevin məzarı ziyarət olundu - FOTO/VİDEO

Şəhid hərbi pilot Rəşad Atakişiyevin məzarı ziyarət olundu - FOTO/VİDEO

"Arsenal" Gyökereşin transferini rəsmən AÇIQLADI

"Arsenal" Gyökereşin transferini rəsmən AÇIQLADI

Uşaqlarınız səhər yeməyi yeyəndə daha xoşbəxt olur

Uşaqlarınız səhər yeməyi yeyəndə daha xoşbəxt olur

Sankt-Peterburq sakini müsəlmanları TƏHQİR ETDİ - ANBAAN VİDEO

Sankt-Peterburq sakini müsəlmanları TƏHQİR ETDİ - ANBAAN VİDEO

DİQQƏT: Aya böyük asteroid zərbəsi ehtimalı ARTDI

DİQQƏT: Aya böyük asteroid zərbəsi ehtimalı ARTDI

"O cür geyimin içində muğam oxuya bilmərəm" - VİDEO

"O cür geyimin içində muğam oxuya bilmərəm" - VİDEO

Azərbaycanda kredit faizlərinin ən yüksək olduğu REGİONLAR

Azərbaycanda kredit faizlərinin ən yüksək olduğu REGİONLAR

"Jirona" "Atletiko" ilə RAZILIĞA GƏLDİ

"Jirona" "Atletiko" ilə RAZILIĞA GƏLDİ

"Olmaz" dediyim adam indi həyat yoldaşımdır" - VİDEO

"Olmaz" dediyim adam indi həyat yoldaşımdır" - VİDEO

Azərbaycanda rektora AĞIR İTKİ

Azərbaycanda rektora AĞIR İTKİ

Avqustda bu bürcləri ŞAD XƏBƏRLƏR gözləyir

Avqustda bu bürcləri ŞAD XƏBƏRLƏR gözləyir

ABŞ süni intellektin köməyi ilə federal tənzimləmələrin həcmini azaltmağı PLANLAŞDIRIR

ABŞ süni intellektin köməyi ilə federal tənzimləmələrin həcmini azaltmağı PLANLAŞDIRIR

"Dost ana-atadan üstündür"

"Dost ana-atadan üstündür"

Meşə yanğınları “Akkuyu” AES-ə də ÇATDI - VİDEO

Meşə yanğınları “Akkuyu” AES-ə də ÇATDI - VİDEO

İsraildən ölkəsində və Suriyadakı druzlara VƏD

İsraildən ölkəsində və Suriyadakı druzlara VƏD

Ərəb klubu isveçli hücumçuya fantastik maaş TƏKLİF ETDİ

Ərəb klubu isveçli hücumçuya fantastik maaş TƏKLİF ETDİ

İsti hava ilə bağlı şəkər xəstələrinə XƏBƏRDARLIQ - Bu qaydalara əməl edin

İsti hava ilə bağlı şəkər xəstələrinə XƏBƏRDARLIQ - Bu qaydalara əməl edin

Ağdam qəzasında yaralanan şəxslərin SON VƏZİYYƏTİ

Ağdam qəzasında yaralanan şəxslərin SON VƏZİYYƏTİ

“Qalatasaray” “Liverpul”un üzvünü TRANSFER EDİR

“Qalatasaray” “Liverpul”un üzvünü TRANSFER EDİR

Lənkəranda xilasedici dənizdəki tora ilişərək XƏSARƏT ALDI

Lənkəranda xilasedici dənizdəki tora ilişərək XƏSARƏT ALDI

Zelenski: “Rusiyaya elə təzyiq göstərilməlidir ki, gələn il müharibə olmasın” - VİDEO

Zelenski: “Rusiyaya elə təzyiq göstərilməlidir ki, gələn il müharibə olmasın” - VİDEO

Paralimpiyaçılarımız beynəlxalq turnirdə daha 2 qızıl və 4 bürünc medal QAZANDILAR - FOTO

Paralimpiyaçılarımız beynəlxalq turnirdə daha 2 qızıl və 4 bürünc medal QAZANDILAR - FOTO

Ağdam qəzasında xəsarət alan şəxslərin kimliyi AÇIQLANDI

Ağdam qəzasında xəsarət alan şəxslərin kimliyi AÇIQLANDI

End of content

No more pages to load

RADİO