“Oba market”in kassiri 50 qəpiyə görə öldürülübmüş...

Sabunçu rayonunda yeniyetmənin törətdiyi qətl hadisəsi ilə bağlı məhkəmə araşdırması başa çatıb.

Bizim.Media Qafqazinfo-ya istinadən istintaq materiallarına əsasən hadisənin təfərrüatını təqdim edir:

Cinayət hadisəsi bu ilin payızında baş verib. 17 yaşlı Elcan Süleymanov özündən 3 yaş böyük Xəyal Nağıyevi bıçaqlayaraq öldürüb.

Tərəflər arasındakı mübahisə isə 50 qəpiyə görə başlayıb. Belə ki, Xəyal Ramana qəsəbəsində “Oba Market”də kassir işləyirmiş. Müştəri kimi mağazaya gələn yeniyetmə Elcan yağ aldıqdan sonra ödəniş edib. Lakin aldığı mala görə 50 qəpik az pul verib. Xəyal isə pulu tam verməli olduğunu qeyd edib. Bu səbəbdən aralarında mübahisə baş verib. Elcan qalığı sabah verəcəyini deyərək mağazadan çıxıb.

Səhəri gün o, içkili vəziyyətdə yenidən mağazaya gəlib. Onlar arasında mübahisə başlayıb.

Elcan Xəyalı marketdən çölə çağıraraq üstündəki bıçaqla qətlə yetirib.

Təqsirləndirilən yeniyetmə məhkəmədə özünü qismən təqsirli bilib. İfadəsində deyib ki, mərhumla əvvəllər mübahisələri olsa da, sonuncu gün ondan üzr istəmək üçün mağazaya gedib. Həmin vaxt Xəyal kassasının arxasında oturmuş vəziyyətdə olub. Söhbət etmək üçün ayağa qalxmasını istəyib. Xəyal isə ona qulaq asmayaraq yenidən mübahisə başladıb. Bundan sonra mağazadan kənarda davam edən mübahisə faciə ilə yekunlaşıb.

Məhkəmə istintaqı zamanı toplanmış sübutlarla yeniyetməyə qarşı verilmiş ittiham əsaslı hesab edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elcan xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirli bilinib. Ona təyin oluna biləcək ən ağır cəza -10 il azadlıqdan məhrumetmə cəzası verilib. Qətlə yetirilən gəncin yaxınları isə cəzadan narazı qalaraq məhkəmə salonunu tərk ediblər.

Zərərçəkmiş tərəf etiraz etsə də, qanun deyir ki, 18 yaşına çatmamış şəxsə 10 ildən artıq həbs təyin edilə bilməz. Məhkəmə də Elcana qanunda bu yaş qrupu üçün nəzərdə tutulan maksimal cəzanı verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəhid hərbi pilot Rəşad Atakişiyevin məzarı ziyarət olundu - FOTO/VİDEO

Şəhid hərbi pilot Rəşad Atakişiyevin məzarı ziyarət olundu - FOTO/VİDEO

"Arsenal" Gyökereşin transferini rəsmən AÇIQLADI

"Arsenal" Gyökereşin transferini rəsmən AÇIQLADI

Uşaqlarınız səhər yeməyi yeyəndə daha xoşbəxt olur

Uşaqlarınız səhər yeməyi yeyəndə daha xoşbəxt olur

Sankt-Peterburq sakini müsəlmanları TƏHQİR ETDİ - ANBAAN VİDEO

Sankt-Peterburq sakini müsəlmanları TƏHQİR ETDİ - ANBAAN VİDEO

DİQQƏT: Aya böyük asteroid zərbəsi ehtimalı ARTDI

DİQQƏT: Aya böyük asteroid zərbəsi ehtimalı ARTDI

"O cür geyimin içində muğam oxuya bilmərəm" - VİDEO

"O cür geyimin içində muğam oxuya bilmərəm" - VİDEO

Azərbaycanda kredit faizlərinin ən yüksək olduğu REGİONLAR

Azərbaycanda kredit faizlərinin ən yüksək olduğu REGİONLAR

"Jirona" "Atletiko" ilə RAZILIĞA GƏLDİ

"Jirona" "Atletiko" ilə RAZILIĞA GƏLDİ

"Olmaz" dediyim adam indi həyat yoldaşımdır" - VİDEO

"Olmaz" dediyim adam indi həyat yoldaşımdır" - VİDEO

Azərbaycanda rektora AĞIR İTKİ

Azərbaycanda rektora AĞIR İTKİ

Avqustda bu bürcləri ŞAD XƏBƏRLƏR gözləyir

Avqustda bu bürcləri ŞAD XƏBƏRLƏR gözləyir

ABŞ süni intellektin köməyi ilə federal tənzimləmələrin həcmini azaltmağı PLANLAŞDIRIR

ABŞ süni intellektin köməyi ilə federal tənzimləmələrin həcmini azaltmağı PLANLAŞDIRIR

"Dost ana-atadan üstündür"

"Dost ana-atadan üstündür"

Meşə yanğınları “Akkuyu” AES-ə də ÇATDI - VİDEO

Meşə yanğınları “Akkuyu” AES-ə də ÇATDI - VİDEO

İsraildən ölkəsində və Suriyadakı druzlara VƏD

İsraildən ölkəsində və Suriyadakı druzlara VƏD

Ərəb klubu isveçli hücumçuya fantastik maaş TƏKLİF ETDİ

Ərəb klubu isveçli hücumçuya fantastik maaş TƏKLİF ETDİ

İsti hava ilə bağlı şəkər xəstələrinə XƏBƏRDARLIQ - Bu qaydalara əməl edin

İsti hava ilə bağlı şəkər xəstələrinə XƏBƏRDARLIQ - Bu qaydalara əməl edin

Ağdam qəzasında yaralanan şəxslərin SON VƏZİYYƏTİ

Ağdam qəzasında yaralanan şəxslərin SON VƏZİYYƏTİ

“Qalatasaray” “Liverpul”un üzvünü TRANSFER EDİR

“Qalatasaray” “Liverpul”un üzvünü TRANSFER EDİR

Lənkəranda xilasedici dənizdəki tora ilişərək XƏSARƏT ALDI

Lənkəranda xilasedici dənizdəki tora ilişərək XƏSARƏT ALDI

Zelenski: “Rusiyaya elə təzyiq göstərilməlidir ki, gələn il müharibə olmasın” - VİDEO

Zelenski: “Rusiyaya elə təzyiq göstərilməlidir ki, gələn il müharibə olmasın” - VİDEO

Paralimpiyaçılarımız beynəlxalq turnirdə daha 2 qızıl və 4 bürünc medal QAZANDILAR - FOTO

Paralimpiyaçılarımız beynəlxalq turnirdə daha 2 qızıl və 4 bürünc medal QAZANDILAR - FOTO

Ağdam qəzasında xəsarət alan şəxslərin kimliyi AÇIQLANDI

Ağdam qəzasında xəsarət alan şəxslərin kimliyi AÇIQLANDI

Gölü zibilliyə çevirən kimlərdir? - Xocasəndə rəzalət - VİDEO

Gölü zibilliyə çevirən kimlərdir? - Xocasəndə rəzalət - VİDEO

End of content

No more pages to load

RADİO