Qaxda 8 yaşlı qızı maşın vurub.
Bizim.Media nın yerli bürosunun məlumatına görə, hadisə Qaxın Tasmalı kəndində baş verib.
2016-cı il təvəllüdlü Damla İftixar qızı Şabanovanı Firudin Təmrazovun idarə etdiyi "Opel” markalı avtomobil vurub. Hadisə 9 yaşlı qız evlərinin qarşısındakı parka getmək istəyəndə baş verib.
Hal-hazırda azyaşlının vəziyyəti orta-ağırdır. Ayağına mil yerləşdirilib.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu.