Salyan-Noxudlu kənd yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, Salyan şəhər sakini Kərim Gözəlova məxsus Mercedes markalı avtomobillə Ford Transit markalı nəqliyyat vasitəsi toqquşub.
Hadisə ərazidə yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.
Qəza nəticəsində Ford markalı avtomobilin sürücüsü qol nahiyəsindən xəsarət alıb və Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu