Gəncə şəhər İcra hakimiyyətinin əməkdaşlarının döyülməsi ilə bağlı yayılan xəbərlər reallığı əks etdirmir.
Bu haqda sözügedən qurumdan Bizim.Media-nın yerli bürosuna məlumat verilib.
Bildirilib ki, Gəncə şəhər İcra Hakimiyyətinin 2002-ci il təvəllüdlü İ.Muradov və 1990-ci il təvəllüdlü F.Gəncəzadə adlı əməkdaşları yoxdur.
Qeyd edək ki, bu gün mətbuatda Gəncə şəhər İcra Hakimiyyətinin əməkdaşlarının döyülməsi ilə bağlı məlumatlar yayılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu