Dietoloq və “Ultrayüksək emal olunmuş qidalardan necə uzaq durmalı” kitabının müəllifi Nikola Ladlem-Reynə 18 müxtəlif meyvəni – üzüm, portağal, çiyələk, ananas və digərlərini qiymətləndirmək və onların qida dəyərinə əsaslanaraq reytinq hazırlamaq təklifi verilib.
Bizim.Media xəbər verir ki, mütəxəssis hər bir meyvənin tərkibindəki vitaminlər, minerallar, lif miqdarı və təbii şəkər səviyyəsini nəzərə alaraq siyahı tərtib edib.
Daha sonra o, gündəlik istehlak üçün uyğun olan və yüksək şəkər tərkibinə görə daha çox "şirniyyat" kimi qəbul edilməli olan meyvələri ayırd edib.
Siyahının sonuncu pilləsində, cəmi 1 bal (5-dən) alan qovun yer alıb. Bütün növləri — yemiş, qarpız, kanatalup və qaliya ən aşağı bal toplayıb. Onların ardınca 2 bal alan ananas gəlir.
Dünyada milyonlarla insanın sevimli səhər yeməyi olan banan isə 3 bal toplayaraq siyahının ortasında qərarlaşıb. 4 bal alan meyvələr sırasında armud, alma, qreypfrut və manqo var.
Dietoloq portağal, kivi və giləmeyvələri siyahının ilk pilləsinə yerləşdirərək onlara 5 bal verib. Bu rəngarəng və antioksidantlarla zəngin meyvələr həm vitamin, həm də lif və minerallarla zəngin olduğu üçün hər gün istehlak edilməyə tövsiyə olunur.
Bütün giləmeyvələr orqanizm üçün faydalı qida maddələrinin xəzinəsi hesab olunur.
Bizim.Media