"Oleq Bakinski"yə HÖKM OXUNDU

Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin və Konstantin Kuçerin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə K.Kuçer son söz deyib.
 

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Oleq Krapivin 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun cəzası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 6 ay sınaq müddəti seçilməklə şərti hesab olunub.


Konstantin Kuçerə isə ittiham olunduğu maddələrdən birinə bəraət verilib. Ona qəti olaraq 6 ay sınaq müddəti seçilməklə şərti cəza təyin edilib. Mənəvi ziyan isə hər iki şəxsdən 50 min olaraq tutulub.

Şirkətlərə dəymiş ziyan isə baxılmamış saxlanılıb. Konstantin Kuçerin "GünayBank"-dakı hesabına qoyulmuş həbs götürülüb.

Xatırladaq ki, dövlət ittihamçısı Tural Yaqubov çıxış edərək Konstantin Kuçerin 14 il, Oleq Krapivinin isə 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, “Oleq Bakinski” ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yekun ittiham irəli sürülüb.

Barəsində ibtidai istintaqda seçilmiş həbs qətimkan tədbiri məhkəmənin gedişində ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.
 

Cinayət işi üzrə “Oleq Bakinski” ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinir.


Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham verilib.

Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Manaf Ağayevin lüks villası - VİDEO

Manaf Ağayevin lüks villası - VİDEO

Abşeronda yol qəzası baş verib, ölən var

Abşeronda yol qəzası baş verib, ölən var

Ukrayna Stavropola hücum etdi

Ukrayna Stavropola hücum etdi

Skuterdən istifadə edənlərin nəzərinə -Kartınızdan pul çıxıla bilər - VİDEO

Skuterdən istifadə edənlərin nəzərinə -Kartınızdan pul çıxıla bilər - VİDEO

Yeni binalarda internet “tələsi” – Sakinlər sürətə HƏSRƏT qalıb

Yeni binalarda internet “tələsi” – Sakinlər sürətə HƏSRƏT qalıb

Rusiya-Azərbaycan sərhədi yaxınlığındakı dəmir yolu stansiyası bu ilədək tikiləcək

Rusiya-Azərbaycan sərhədi yaxınlığındakı dəmir yolu stansiyası bu ilədək tikiləcək

Bu qadınların sağlamlığı risk altındadır

Bu qadınların sağlamlığı risk altındadır

Kamçatkada güclü zəlzələ olub

Kamçatkada güclü zəlzələ olub

Kürdəmirdə şəhid anası vəfat edib

Kürdəmirdə şəhid anası vəfat edib

Gəncədə 67 yaşlı kişi dəm qazından boğularaq ölüb

Gəncədə 67 yaşlı kişi dəm qazından boğularaq ölüb

"Xaç atası"nın yaradıcısı avtomobilini satır

"Xaç atası"nın yaradıcısı avtomobilini satır

Bakı metrosunda ev heyvanları ilə səyahət – Hansı hallarda icazə var?

Bakı metrosunda ev heyvanları ilə səyahət – Hansı hallarda icazə var?

Corab satdığı görüntülərlə gündəmə gələn aktyor işlə təmin edildi - VİDEO

Corab satdığı görüntülərlə gündəmə gələn aktyor işlə təmin edildi - VİDEO

Qazaxda çətənə yetişdirən qadın saxlanılıb

Qazaxda çətənə yetişdirən qadın saxlanılıb

"Mançester Siti" yeni qapıçı aldı

"Mançester Siti" yeni qapıçı aldı

Sumqayıtda ağır qəzada üç nəfər YARALANDI

Sumqayıtda ağır qəzada üç nəfər YARALANDI

Maliyyə Nazirliyi növbəti depozit hərracı KEÇİRDİ

Maliyyə Nazirliyi növbəti depozit hərracı KEÇİRDİ

Saul Niqes yeni klubu ilə müqavilə bağladı

Saul Niqes yeni klubu ilə müqavilə bağladı

Bu çiçək depressiyanı MÜALİCƏ EDİR

Bu çiçək depressiyanı MÜALİCƏ EDİR

“Fənərbağça” “Mançester Siti”nin qapıçısı üçün danışıqlara BAŞLADI

“Fənərbağça” “Mançester Siti”nin qapıçısı üçün danışıqlara BAŞLADI

Bu görüntülərlə bağlı cinayət işi açıldı - VİDEO

Bu görüntülərlə bağlı cinayət işi açıldı - VİDEO

Goranboyda ildırım meşə ərazisində yanğına SƏBƏB OLDU

Goranboyda ildırım meşə ərazisində yanğına SƏBƏB OLDU

Nigar Camal qızı ilə… - VİDEO

Nigar Camal qızı ilə… - VİDEO

İrəvanda leysan yağışları daşqınlara SƏBƏB OLDU - VİDEO

İrəvanda leysan yağışları daşqınlara SƏBƏB OLDU - VİDEO

End of content

No more pages to load

RADİO