“Veysəloğlu” strateji layihənin açılışını keçirdi

“Veysəloğlu” MMC insan resurslarının strateji inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində, məhz mütəxəssis heyətinə yönəlmiş “Yüksək Potensiallı Əməkdaşların Dəyərləndirilməsi və İnkişafı” layihəsinin rəsmi açılışını keçirib.

Bizim.Media xəbər verir ki, layihənin məqsədi mütəxəssis səviyyəsində çalışan və gələcək liderlik potensialına malik əməkdaşların sistemli şəkildə müəyyənləşdirilməsi, dəyərləndirilməsi və inkişaf etdirilməsidir.

Bu təşəbbüs, şirkət strukturunda yalnız rəhbər heyətə deyil, eyni zamanda mütəxəssis bazasında olan istedadlara da liderlik imkanlarının yaradılması baxımından strateji əhəmiyyət kəsb edir.

Tədbirdə Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov, “Veysəloğlu” MMC-nin Baş direktoru Bəxtiyar Allahverdi, İdarə Heyətinin üzvləri, şirkət direktorları və layihə çərçivəsində seçilmiş yüksək potensiallı mütəxəssisləri təmsil edən 80 nəfər iştirak edib.

Tədbir zamanı layihənin mərhələləri, tətbiq olunan qiymətləndirmə metodikaları, fərdi inkişaf planlarının məzmunu və mütəxəssislər üçün nəzərdə tutulan imtiyazlar təqdim olunub.
 

Yüksək potensiallı əməkdaşlar üçün təşkil olunan bu layihə şirkətin liderlik ehtiyatı yaratmaq, daxili irəliləyiş imkanlarını gücləndirmək və dayanıqlı insan kapitalı formalaşdırmaq istiqamətində atdığı strateji addım kimi dəyərləndirilib.


Tədbirdə Dünya Bankının gender məsələləri üzrə məsləhətçisi və ADA Universitetinin təlimçisi Şəmsiyyə Mustafayeva da qonaq qismində iştirak edərək layihənin inklüzivlik və gender baxımından əhəmiyyətini vurğulayıb.

Layihə həm iştirakçılar, həm də rəhbərlik tərəfindən yüksək qiymətləndirilib və insan resurslarını əhatə edən innovativ təşəbbüs kimi dəyərləndirilib.

Bu layihə “Veysəloğlu” MMC-nin insan resursları strategiyasında yalnız rəhbər heyət üçün deyil, həm də mütəxəssis səviyyəsindəki istedadlar üçün uzunmüddətli inkişaf imkanları yaratmağa yönəlmiş qabaqcıl yanaşmasının bariz nümunəsidir. Bu dərəcədə əhatəli şəkildə həyata keçirilən layihə, mahiyyət etibarilə ölkədə ilk təşəbbüslərdən biri hesab olunur, korporativ liderliyin inklüziv və davamlı modelinin formalaşmasına xidmət edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Manaf Ağayevin lüks villası - VİDEO

Manaf Ağayevin lüks villası - VİDEO

Abşeronda yol qəzası baş verib, ölən var

Abşeronda yol qəzası baş verib, ölən var

Ukrayna Stavropola hücum etdi

Ukrayna Stavropola hücum etdi

Skuterdən istifadə edənlərin nəzərinə -Kartınızdan pul çıxıla bilər - VİDEO

Skuterdən istifadə edənlərin nəzərinə -Kartınızdan pul çıxıla bilər - VİDEO

Yeni binalarda internet “tələsi” – Sakinlər sürətə HƏSRƏT qalıb

Yeni binalarda internet “tələsi” – Sakinlər sürətə HƏSRƏT qalıb

Rusiya-Azərbaycan sərhədi yaxınlığındakı dəmir yolu stansiyası bu ilədək tikiləcək

Rusiya-Azərbaycan sərhədi yaxınlığındakı dəmir yolu stansiyası bu ilədək tikiləcək

Bu qadınların sağlamlığı risk altındadır

Bu qadınların sağlamlığı risk altındadır

Kamçatkada güclü zəlzələ olub

Kamçatkada güclü zəlzələ olub

Kürdəmirdə şəhid anası vəfat edib

Kürdəmirdə şəhid anası vəfat edib

Gəncədə 67 yaşlı kişi dəm qazından boğularaq ölüb

Gəncədə 67 yaşlı kişi dəm qazından boğularaq ölüb

"Xaç atası"nın yaradıcısı avtomobilini satır

"Xaç atası"nın yaradıcısı avtomobilini satır

Bakı metrosunda ev heyvanları ilə səyahət – Hansı hallarda icazə var?

Bakı metrosunda ev heyvanları ilə səyahət – Hansı hallarda icazə var?

Corab satdığı görüntülərlə gündəmə gələn aktyor işlə təmin edildi - VİDEO

Corab satdığı görüntülərlə gündəmə gələn aktyor işlə təmin edildi - VİDEO

Qazaxda çətənə yetişdirən qadın saxlanılıb

Qazaxda çətənə yetişdirən qadın saxlanılıb

"Mançester Siti" yeni qapıçı aldı

"Mançester Siti" yeni qapıçı aldı

Sumqayıtda ağır qəzada üç nəfər YARALANDI

Sumqayıtda ağır qəzada üç nəfər YARALANDI

Maliyyə Nazirliyi növbəti depozit hərracı KEÇİRDİ

Maliyyə Nazirliyi növbəti depozit hərracı KEÇİRDİ

Saul Niqes yeni klubu ilə müqavilə bağladı

Saul Niqes yeni klubu ilə müqavilə bağladı

Bu çiçək depressiyanı MÜALİCƏ EDİR

Bu çiçək depressiyanı MÜALİCƏ EDİR

“Fənərbağça” “Mançester Siti”nin qapıçısı üçün danışıqlara BAŞLADI

“Fənərbağça” “Mançester Siti”nin qapıçısı üçün danışıqlara BAŞLADI

Bu görüntülərlə bağlı cinayət işi açıldı - VİDEO

Bu görüntülərlə bağlı cinayət işi açıldı - VİDEO

Goranboyda ildırım meşə ərazisində yanğına SƏBƏB OLDU

Goranboyda ildırım meşə ərazisində yanğına SƏBƏB OLDU

Nigar Camal qızı ilə… - VİDEO

Nigar Camal qızı ilə… - VİDEO

İrəvanda leysan yağışları daşqınlara SƏBƏB OLDU - VİDEO

İrəvanda leysan yağışları daşqınlara SƏBƏB OLDU - VİDEO

End of content

No more pages to load

RADİO