Ağdam rayonunun daha bir istiqamətində başlamış yanğın hələ də davam edir.
Bizim.Media-nın yerli müxbiri xəbər verir ki, gündüz saatlarında rayonun Abdal və Gülablı kəndi ərazisindəki otluq və kolluq ərazilərdə başlamış yanğın külək səbəbi ilə geniş ərazilərə yayılıb.
Əraziyə yerli və ətraf rayonların yanğınsöndürən briqadaları - canlı qüvvə və texnikalar cəlb olunub.
Hətta gündüz saatlarında helikopterlərin köməyindən istifadə olunub.
Yanğın hələ ki lokallaşdırılmayıb.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.