Şəmkirdə iki nəfər arasında mübahisə qanla nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Şəmkir rayonunun Dəllər Daşbulaq kənd sakini, 1993-cü il təvəllüdlü Quliyev Samir münaqişə zəminində, Dəllər Cırdaxan kənd sakini, 1995-ci il təvəllüdlü Cabbar Həsənova bıçaqla xəsarət yetirib.
30 yaşlı kişi bədənin kəsilmiş deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyata götürülüb.
İlkin məlumata görə, mübahisə zamanı hər iki şəxs içkili olublar.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu