Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Gədəzeyxur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Gündüzqala kəndində sakinlərin səyyar qəbulunu keçirib.
Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, qəbulda həmçinin RİH başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının və müvafiq idarə, təşkilat, müəssisələrin rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən bir sıra sosial və infrastruktur məsələləri ilə bağlı müraciətlər səsləndirilib.
Müraciətlər əsasən torpaq sahələrinin hüquqi sənədləşdirilməsi işlərinə dəstəyin göstərilməsi, elektrik enerjisinin verilişində yaşanan fasilələrin aradan qaldırılması, suvarma suyu ilə təminatın yaxşılaşdırılması, internet xidmətlərinin keyfiyyətinin artırılması, eləcə də kənd mədəniyyət evinin əsaslı təmirinə ehtiyacın olması ilə bağlı olub.
Qaldırılan məsələlərin hər biri qeydə alınıb, aidiyyəti üzrə müvafiq qurumlara yönləndirilərək nəzarətə götürülüb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.