Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən “Apar Ride” MMC barəsində inzibati xəta protokolu tərtib edib.
Bizim.Media xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib.
Bildirilib ki, şirkət “istifadəçi razılaşması”na qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlər daxil edib.
Bu hal İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsinə (istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi) uyğun olaraq inzibati xəta kimi qiymətləndirilib.
Bizim.Media