İşğaldan azad edilən ərazilərdə daha bir yanğın ocağı baş verib.
Bizim.Media report-a istinadən xəbər verir ki, Füzuli rayonunun Yuxarı Yağlıvənd, Cəmilli, Divanallar kəndi və Xocavənd rayonunun Hadrut qəsəbəsində yanğın müşahidə olunur.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Füzulidə açıq ərazi yanır - Helikopter cəlb olundu
Hadrut qəsəbəsi ərazisində olan alov artıq meşə massivinə keçib. Hazırda yanğının söndürülməsi üçün əraziyə FHN-in Cəbrayıl, Beyləqan və Xocavənd rayonlarındakı yanğınsöndürən avtomobilləri və əməkdaşları cəlb edilib.
Yanğının söndürülməsi istiqamətində işlər davam edir.
Bizim.Media