Bu gün günorta saatlarında Zaqatala şəhərinin “Azərbaycan” prospektində 3 avtomobilin iştirakı ilə qəza qeydə alınıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ilkin məlumata görə, sürət həddini aşan avtomobillərdən biri digər hərəkət iştirakçısının yoluna çıxaraq iki avtomobili vurub.
Hadisə nəticəsində yaralanan, yaxud xəsarət alan olmayıb.
Qəza yerini polis əməkdaşları nəzarətə götürüb, araşdırmalar gedir.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu