Bakının Suraxanı rayonunda naməlum şəxs yanğın şitinin suyunu pul ilə satır.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat və görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, əraziyə günlərdir ki, su verilmir. Bu da işbazlar üçün fürsətə çevrilib.
Belə ki, naməlum şəxs həmin suyu su maşınlarına satıb.
Məsələ ilə əlaqədar aidiyyəti quruma bildirilib. Xəbər veriləcəyi təqdirdə məlumat yenilənəcək.
Bizim.Media