Kərə yağında süni BAHALAŞMA– 3 dəfə artıq yağ ehtiyatımızın qiyməti niyə “əl yandırır?”

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında Azərbaycanda 13 min 269,6 ton kərə yağı istehsal edilib
 

MÖVZU İLƏ BAĞLI :

Azərbaycanda kərə yağının istehsal azalıb


Bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə 4,3 % azdır. İyulun 1-nə ölkədə 153,2 ton kərə yağı ehtiyatı yaranıb. Bu da, illik müqayisədə 3,1 dəfə çoxdur. Xatırladaq ki, 6 ayda Azərbaycanda 2 milyard 628,5 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 12 % çoxdur

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, kərə yağı ehtiyatının 3 dəfə artması ortaya müəyyən suallar çıxarır

 

“Axı belə vəziyyətdə kərə yağı xeyli ucuzlaşmalıdır. Çünki təklif tələbi üstələyəndə ucuzlaşma baş verir. Amma biz hər hansı bir ucuzlaşma müşahidə etmirik. Bu da o anlama gəlir ki, müəyyən işbazlar xaricdən xeyli miqdarda ucuz kərə yağı tədarük edib.


Amma bu yağlar həmən bazara çıxarılmır. Beləliklə süni qıtlıq yaradılır. Qıtlıqsa bahalaşma deməkdir”.

Xarici yağlar 3 dəfə baha satılır...

Müsahibimiz qeyd edib ki, İrandan gətirilən kərə yağının 1 kiloqramının gömrük qiyməti 8 manat 27 qəpikdir

“2024-cü ildə Azərbaycana ən çox kərə yağı ixrac edən ölkə İran olub. Xaricdən, əsasən İrandan və digər ölkələrdən 50-100 kiloqramlıq qablaşdırmada kərə yağı gətirilir.

Sonra bu məhsul emal olunur, tərkibinə 20, 30, hətta 40 faiz palma yağı qatılır, qablaşdırılır və bazara yerli istehsal kimi çıxarılır. Əslində isə Azərbaycanda sənaye üsulu ilə təmiz kərə yağı istehsal olunmur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəzi ərazilərdə leysan yağacaq - Xəbərdarlıq

Bəzi ərazilərdə leysan yağacaq - Xəbərdarlıq

"Apar Ride"ya qarşı istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərə görə protokol TƏRTİB EDİLDİ

"Apar Ride"ya qarşı istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərə görə protokol TƏRTİB EDİLDİ

Egey dənizində ZƏLZƏLƏ OLDU

Egey dənizində ZƏLZƏLƏ OLDU

“IDEF 2025”də imzalanma mərasimi keçirildi - FOTO

“IDEF 2025”də imzalanma mərasimi keçirildi - FOTO

Elvin Camalov İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri TƏYİN EDİLDİ

Elvin Camalov İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri TƏYİN EDİLDİ

İspaniya millisinin üzvü "Atletiko"da

İspaniya millisinin üzvü "Atletiko"da

Azad olunmuş ərazilərdə başlayan yanğın meşə massivinə keçdi

Azad olunmuş ərazilərdə başlayan yanğın meşə massivinə keçdi

PA-nın Vətəndaş Qəbulu Mərkəzində avqust ayı üçün qəbul cədvəli AÇIQLANDI

PA-nın Vətəndaş Qəbulu Mərkəzində avqust ayı üçün qəbul cədvəli AÇIQLANDI

Bir sıra dövlət xadimlərinin adından saxta açıqlamalar YAYILIB

Bir sıra dövlət xadimlərinin adından saxta açıqlamalar YAYILIB

Qəbirüstü “lüks” – Milyonluq məzar daşlarına kimlər MARAQLIDIR?

Qəbirüstü “lüks” – Milyonluq məzar daşlarına kimlər MARAQLIDIR?

“Həyatımda kimsə olsa, üzünü paylaşaram” - VİDEO

“Həyatımda kimsə olsa, üzünü paylaşaram” - VİDEO

Rusiya nümayəndə heyəti İstanbula gəldi – VİDEO

Rusiya nümayəndə heyəti İstanbula gəldi – VİDEO

"Embawood" qüsurlu malı geri götürməkdən imtina etdiyinə görə cərimələndi

"Embawood" qüsurlu malı geri götürməkdən imtina etdiyinə görə cərimələndi

Daha bir rayonda EHSAN verilməsi LƏĞV edildi

Daha bir rayonda EHSAN verilməsi LƏĞV edildi

SON DƏQİQƏ: Füzulidə açıq ərazi yanır - Helikopter cəlb olundu

SON DƏQİQƏ: Füzulidə açıq ərazi yanır - Helikopter cəlb olundu

Təyyarə avtomobil yoluna ÇIRPILDI – Ölənlər var – ANBAAN VİDEO

Təyyarə avtomobil yoluna ÇIRPILDI – Ölənlər var – ANBAAN VİDEO

Bakıda 2 avtobusun hərəkət sxemi dəyişdirilir

Bakıda 2 avtobusun hərəkət sxemi dəyişdirilir

Ata 9 yaşlı qızını boğub gölə atdı

Ata 9 yaşlı qızını boğub gölə atdı

Ədliyyə Nazirliyinin İstintaq idarəsinə TƏYİNAT

Ədliyyə Nazirliyinin İstintaq idarəsinə TƏYİNAT

Şuşada Vaqif Poeziya Günləri başa çatdı

Şuşada Vaqif Poeziya Günləri başa çatdı

Nüvə proqramı müzakirəsində parçalanmış koordinasiya SİSTEMİ - TƏHLİL

Nüvə proqramı müzakirəsində parçalanmış koordinasiya SİSTEMİ - TƏHLİL

Xarici qrant şəbəkəsi yenidən aktivləşdi: Azərbaycana gizli gətirilən pullar BELƏ İFŞA EDİLDİ

Xarici qrant şəbəkəsi yenidən aktivləşdi: Azərbaycana gizli gətirilən pullar BELƏ İFŞA EDİLDİ

Zaqatalada ağır qəza: Sürətlə gələn avtomobil… - FOTO

Zaqatalada ağır qəza: Sürətlə gələn avtomobil… - FOTO

Tovuzda avtomobil aşdı - 2 qadın xəstəxanalıq oldu

Tovuzda avtomobil aşdı - 2 qadın xəstəxanalıq oldu

End of content

No more pages to load

RADİO