Gəncədə bıçaq xəsarətləri alan iki qardaşın son durumu açıqlanıb.
Bizim.Media-nın yerli bürosuna Gəncə Şəhər Birləşmiş Xəstəxanasından verilən məlumata görə, 23.07.2025-ci tarixində saat 01:30 radələrində 2 nəfər (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
"Onlara budun açıq və döş qəfəsinin digər şöbələrinin açıq yaraları diaqnozu təyin olunub.
Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar" - deyə məlumatda bildirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu