Ağdam rayonunun Əliağalı, Yeni Qaralar, Ağdərə rayonunun Sırxavənd və Qazançı kəndləri ərazisində baş verən yanğın davam edir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanğınlar baş verən ərazilərə Ağdam, Ağdərə və Xocalı rayonlarından olan yanğınsöndürən briqadalar cəlb olunub.
Bir çox ərazidə yanğının qarşısı alınsa da dağlıq ərazilərdə alov müşahidə olunur.
Bizim.Media