Göygöldə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyada, 2007-ci il təvəllüdlü Həqiqət Hacıyevanı vurub.
Müxtəlif bədən xəsarətləri alan 18 yaşlı qız Gəncə şəhərindəki xəstəxanalardan birinə gətirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu