Bu gün Qusar Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına və Birinci vitse-prezidentinin Katibliyinə müraciət edən Qusar sakinləri ilə görüş keçirilib, vətəndaşların müraciətləri dinlənilib.
Qusar rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, qəbul zamanı səsləndirilən müraciətlər əsasən torpaq sahələrinin verilməsi və sənədləşdirilməsi, mənzil təminatı, eləcə də sosial-məişət çətinliklərinin, o cümlədən maddi və ünvanlı sosial yardımın verilməsi ilə bağlı məsələləri əhatə edib.
Qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Qəbulda iştirak edən vətəndaşlara müraciətlərinə baxılma prosesi, hüquqi mexanizmlər və mümkün sosial dəstək imkanları barədə ətraflı məlumat verilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu