Daşkəsən rayonunda VAZ-2107 markalı avtomobilin aşması nəticəsində iki nəfər xəsarət alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə zamanı 2004-cü il təvəllüdlü Vüqar Hüseynov və avtomobildə olan daha bir nəfər 17 yaşlı Kamil Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılara tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu